<b>Londonda terror aktı törədənin adı açıqlandı</b>
19 iyun 2017 21:17 (UTC +04:00)

Londonda terror aktı törədənin adı açıqlandı

0

Ötən gecə Londonda məscid yaxınlığında terror aktı törədən şəxsin adı açıqlanıb.

 

APA-nın “Sky News”-a istinadən verdiyi xəbərə görə, cinayəti törədən 47 yaşlı Darren Osborn olub.

 

Ötən gecə Londonda sürücü avtomobili piyadaların üstünə sürüb. Hadisə Londonun şimal-şərqində  məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib. İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar