[b]Kürdlər referendumun nəticələrini dondurmağa razılaşdı[/b]
25 oktyabr 2017 03:28 (UTC +04:00)

[b]Kürdlər referendumun nəticələrini dondurmağa razılaşdı[/b]

Kürd muxtariyyətinin rəhbərliyi İraq hökumətinə atəşi dayandırmağı və dialoqa başlamağı təklif edərək, öz tərəfindən referendumun nəticələrini “dondurmağa” hazır olduğunu bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə regional hökumətin saytında dərc olunmuş bəyanatda qeyd olunub.     

 

“Kürd və İraq xalqı qarşısında üzərimizə götürdüyümüz öhdəliklərin icrası üçün biz İraq hökuməti, İraq və dünya ictimaiyyətinə aşağıdakıları təklif edirik: 1) Bölgədə atəşin və bütün hərbi əməliyyatların dərhal dayandırılması, 2) Kürd muxtariyyətində keçirilmiş referendumun nəticələrinin dondurulması, 3) Konstitusiya əsasında bölgə hökuməti və İraq federal hökuməti arasında açıq dialoqun başlanılması”, - deyə bəyanatda bildirilir.

 

Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.  Oktyabrın ortalarında İraq ordusu ölkənin ərazi bütövlüyünün bərpası uğrunda “Peşmərgə”yə qarşı hərbi əməliyyata başlayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323
avatar

Oxşar yazılar