<b>Kolumbiyada partlayış törədilib, ölən və yaralananlar var</b> - YENİLƏNİB
18 iyun 2017 05:59 (UTC +04:00)

Kolumbiyada partlayış törədilib, ölən və yaralananlar var - YENİLƏNİB

0

Kolumbiyanın paytaxtı Boqotada ticarət mərkəzində törədilən güclü partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb, ölənlərdən biri Fransa vətəndaşıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Boqota meri Enrike Penyalosa bildirib. Daha 11 nəfər isə müxtəlif xəsarətlər alıb.

 

Ölənlərin hamısı 23-31 yaşlı qadınlardır.

 

 

*** 04.55

 

Kolumbiyanın paytaxtı Boqotada ticarət mərkəzində güclü partlayış törədilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Boqota meri Enrike Penyalosa partlayışın terror aktı olduğunu bildirib. Onun sözlərinə görə, insident nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.  

 

Hadisə şahidlərinin sözlərinə görə, partlayış  “Centro Andino” ticarət mərkəzinin ikinci mərtəbəsindəki tualetdə baş verib.

 

Hadisə yerinə təcili yardım maşınları və polislər cəlb edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar