[b]Kiyevdən Qarabağdakı “referendum"a dair sərt bəyanat [/b]
21 fevral 2017 23:21 (UTC +04:00)

[b]Kiyevdən Qarabağdakı “referendum"a dair sərt bəyanat [/b]

Ukrayna Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirilən qondarma "konstitusiya referendumunu" tanımır və onu legitim hesab etmir. APA-nın məlumata görə bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Maryana Betsa bildirib.

 

Onun sözlərinə görə, "referendum" Azərbaycan Konstitusiyası və beynəlxalq hüququ kobud şəkildə pozur və onun heç bir hüquqi fəsadları ola bilməz.

 

"Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməz olaraq qalır. Bu isə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz dəstəyidir". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Oxşar yazılar