Ukrayna paytaxtı Kiyevin Müstəqillik meydanında nümayişçilərlə polis arasında qarşıdurma baş verib.
APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, insidentə səbəb bir qrup nümayişçinin meydana təkərlər gətirərək yandırması olub.
Hadisə nəticəsində saxlanılanların olduğu bildirilir.
Qeyd edək ki, bu gün Ukraynada 2013-cü ildə “Maydan” hərəkatının başladığı günlə əlaqədar «Şərəf və Azadlıq Günü» qeyd olunur. Polis nümayişdə 400 nəfərin iştirak etdiyini bildirib.