Rəsmi Kiyev Rusiyanın Suriyadakı hərbi bazalarına hücum cəhdlərində əlinin olduğunu inkar edib.
APA-nın “UNİAN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Viktoriya Kişner bildirib.
“Bu növbəti informasiya hücumudur. Biz bu xəbərləri inkar edirik”, - deyə Viktoriya Kişner bildirib.
Qeyd edək ki, budan əvvəl Rusiya SQ Baş Qərargah rəisi ölkənin Suriyadakı hərbi bazalarına PUA-ların hücumunda “Ukraynanın izi” olduğunu qeyd edib. Məlumata görə, bombaların tərkibindəki partlayıcı maddələr Ukraynanın Şotkinski kimyəvi reaktivlər zavodunda istehsal edilib.