[b]Kataloniya rəhbəri sabah müstəqillik elan edəcək [/b]
22 oktyabr 2017 06:05 (UTC +04:00)

[b]Kataloniya rəhbəri sabah müstəqillik elan edəcək [/b]

Kataloniya rəhbəri Karles Puçdemon oktyabrın 23-də bölgənin müstəqilliyini elan etmək niyyətindədir. APA-nın xəbərinə görə, bu barədə “El Confidencial” nəşri məlumat yayıb.  

 

Nəşr ehtimal edir ki, qərar Kataloniya parlamentinin iclası zamanı elan ediləcək.  

 

İspaniya Senatı isə Kataloniyanın muxtariyyətinin ləğvi məsələsinə oktyabrın 27–də  baxacaq.

 

Qedək ki, İspaniyanın Nazirlər Şurası ötən gün keçirdiyi təcili iclasda Konstitusiyanın Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edib.

 

Nazirlər Kabinetinin qərarı Kataloniya hökumətinin idarəçilikdən kənarlaşdırılmasını, bölgədə növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

Oxşar yazılar