[b]Kataloniya parlamenti Madridə qarşı cavab addmlarını müzakirə edir[/b]
26 oktyabr 2017 23:24 (UTC +04:00)

[b]Kataloniya parlamenti Madridə qarşı cavab addmlarını müzakirə edir[/b]

Kataloniya parlamentinin deputatları Madridin ölkə Konstitusiyasının regionun muxtariyyətinin ləğvinə imkan yaradan 155-ci maddəsinin tətbiqi ilə bağlı qərarına mümkün cavab tədbirlərini müzakirə edir.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iclasdan bir saat əvvəl Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon növbədənkənar seçkilərin keçirilməsini elan etməyəcəyini bəyan edib. Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi üçün Madrid hələ ki kifayət qədər zəmanət verməyib.

 

Kataloniya sosialistlərinin lideri Mikel İseta və  “Vətəndaşlar” mərkəzçilər fraksiyasının lideri İnes Arrimadas parlamentdə çıxışları zamanı regional hökuməti birtərəfli qaydada müstəqillik elan etməməyə və növbədənkənar seçkilər keçirməyə çağırıblar.

 

“Birgə dəstək” fraksiyasının lideri Luis Korominas və “Milli birlik namizədliyi” solçular fraksiyasının nümayəndəsi Ana Qabriel Madridin Konstitusiyanın 155-ci maddəsinin tətbiqinə dair qərarını “təhqir” adlandıraraq,  hökuməti Kataloniyanın müstəqilliyini elan etməyə çağırıblar.    

 

Qeyd edək ki, İspaniyanın Nazirlər Şurası oktyabrın 21-də keçirdiyi təcili iclasda Konstitusiyanın Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edib.

 

Nazirlər Kabinetinin qərarı Kataloniya hökumətinin idarəçilikdən kənarlaşdırılmasını, bölgədə növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdə tutur. O vaxtadək Kataloniya hökumətinin funksiyalarını mərkəzi hakimiyyət nümayəndəli icra edəcək.  

 

Qərar Senat tərəfindən təsdiq olunmalıdır.  İspaniya parlamentinin yuxarı palatası iclası oktyabrın 27-də keçiriləcək.

 

Kataloniya rəhbərliyi Madridin qeyd olunan qərarından Ali və Konstitusiya Məhkəmələrinə şikayət edib. 

 

İspaniya Ali Məhkəməsi Kataloniya rəhbərliyinin iddiasını bu gün rədd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar