ABŞ polisi Vaşinqtonda Kapitoli binasının (Konqres binası) tam yaxınlığında üç silahlı şəxsi saxlayıb.
APA-nın xəbərinə görə, bu barədə polisin açıqlamasında bildirilir.
***** 00.37
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində silahlı şəxs barədə məlumatın daxil olması səbəbindən Kapitoliyə çıxış-giriş məhdudlaşdırılıb.
Bu barədə APA “Reuters”ə istinadən verib.
“RİA Novosti”nin məlumatına görə, polis Kapitoli binasını (ABŞ Konqresinin binası) mühasirəyə alıb.
Konqres binaları kompleksinin mühafizəsini həyata keçirən polis əməkdaşları binalardan birinin yaxınlığında silahlı şəxsin olması barədə məlumat daxil olub.
Kompleksdə çalışan əməkdaşlara otaqları tərk etməyə qadağan olunub.
İnsidentin təfərrüatları dəqiqləşdirilir.