[b]İvanka Tramp biznesini ləğv edir[/b]
25 iyul 2018 06:49 (UTC +04:00)

[b]İvanka Tramp biznesini ləğv edir[/b]

ABŞ prezidentinin müşaviri və qızı İvanka Trtamp sahibi olduğu ayaqqabı və paltar brendini ləğv etmək qərarına gəlib. APA-nın “The Wall Street Journal”a istinadən verdiyi xəbərə görə, İvanka Tramp bu addımı şəxsi biznes və ölkə prezidentinin müşaviri vəzifəsi arasında  maraqların toqquşması hallarına yol verməmək məqsədilə atıb.   

 

Nəşr İvankanın qərarı çətinliklə verdiyini qeyd edir.  O bütün əməkdaşlara şirkətin işində iştirak etdiklərinə görə minnətdarlığını bildirib.  

 

Bundan əvvəl KİV-lər ABŞ və Çin arasında ticarət müharibəsi şəraitində İvanka Tramp brendinin fəaliyyəti barədə yazaraq, Çin istehsalçılarının İvanka Tramp brendi üçün müxtəlif mallar istehsal etdiklərini vurğulayıblar.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430
avatar

Oxşar yazılar