Anomal istilərlə əlaqədar İtaliyanın Latsio və Umbriya əyalətlərində fövqəladə vəziyyət rejimi tətbiq olunub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı İtaliya nazirlər kabinetinin iclası keçirilib
Fövqəladə vəziyyət rejimi baş nazir Paolo Centiloninin təklifi əsasında tətbiq edilib.
İtaliyanın ərazisində anomal isti hava şəraiti davam edir. Bildirilir ki, Appenin yarımadası 200 ilin ən isti yayını yaşamaqdadır.
Ötən həftə Avropanın 11 ölkəsində havanın temperaturu müsbət 40 dərəcəni ötüb, bəzi regionlarda havanın hərarəti 47 dərəcəyədək yüksəlib. Meteoroloqlar isti havaların davam edəcəyini proqnozlaşdırıb. Anomal istilər İtaliya, İsveçrə, Macarıstan, Polşa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya və Serbiyada gözlənilir.