[b]İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli yaralandı [/b]
08 dekabr 2017 02:56 (UTC +04:00)

[b]İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli yaralandı [/b]

 

 

İordan çayının qərb sahilində və Qəzza zolağında İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət alıb

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, toqquşmalara səbəb ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl Əvivdən Yerusəlimə köçürmək qərarı olub.   

 

 

“İordan çayının qərb sahilində xəsarət alanların sayı 104 nəfərə çatıb. Onlardan 4-ü adi güllə, 18 nəfəri isə rezin güllələrdən xəsarət alıb”, - deyə Qırmızı Aypara cəmiyyətinin nümayəndəsi İrab əl Fukah bildirib.  

 

Onun sözlərinə görə, daha 75 nəfər gözyaşardıcı qazdan, 7 nəfər isə zərbələrdən və yıxılması səbəbindən xəsarət alıb.  

 

 Xəsarət alan qadınlardan birinin vəziyyəti kritikdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Oxşar yazılar