<b>İsrail BMT-nin qərarına reaksiya verdi</b>
21 dekabr 2017 23:42 (UTC +04:00)

İsrail BMT-nin qərarına reaksiya verdi

İsrail BMT Baş Assambleyasının Qüdsə dair qərarını qəbul etmir və bir çox ölkənin yəhudi dövlətini dəstəkləməsindən məmnundur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail baş nazirinin dəftərxanasından bildirilib.   

 

“Qərara qarşı çıxış edən dövlətlər arasında baş nazir Binyamin Netanyahunun səfər etdiyi Avropa, Afrika və Latın Amerikası ölkələri var”, - deyə məlumatda bildirilir.    

 

“İsrail ABŞ prezidenti Donald Trampa  Qüdsə dair birmənalı mövqe nümayiş etdirdiyinə görə təşəkkür edir və İsrail - həqiqətlə birgə səs vermiş ölkələrə minnətdarlığını bildirir”   

 

Qeyd edək ki, BMT  Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Oxşar yazılar