İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupun iki üzvü polisə təslim olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib. Onun sözlərinə görə, təslim olan silahlılar Qaqik Yegiazaryan və Aram Akoyandır.
“Polis alayı binasının həyətində atışma baş verib. Nəticədə polis zabiti və silahlı qrupun üzvləri Pavel Manukyan və onun oğlu Aram yaralanıblar. Yaralılar xəstəxanaya aparılıb”, - deyə Aşot Aqaronyan bildirib.
Hazırda atışma dayandırılıb. Silahlı qrupun üzvlərinin təslim olunması istiqamətində danışıqlar davam etdirilir.