İrəvandakı polis alayının binasını ələ keçirən silahlı qrupa dəstək məqsədi ilə təşkil olunan yürüş sona çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yürüş iştirakçıları bir neçə mərkəzi küçədən keçərək Polis və Milli Təhlükəsizlik Xidmətinin binalarına yaxınlaşıb, sonra isə Movses Xorenatsi küçəsindəki toplanış yerinə qayıdıblar.
Aksiya iştirakçıları silahlı qrupa dəstək şüarları səsləndiriblər və şəhər sakinlərini aksiyaya qatılmağa çağırıblar.
“NEWS.am”ın xəbərinə görə, yürüş iştirakçıları polisdən silahlı qrupla əlaqənin bərpa olunmasını tələb ediblər.
İki mindən çox etirazçının iştirak etdiyi yürüş iki saatdan çox davam edib. Aksiya insidentsiz başa çatıb.
Bundan əvvəl silahlı qrupun ələ keçirdiyi polis alayının binasından atəş səsləri eşidildiyi bildirilib.
Polis alayının binası qarşısına əlavə polis qüvvələri cəlb olunub.