İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyasının iştirakçıları polisin tələbinə əməl edərək, mərkəzi Bağramyan prospektini tərk ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ərazidə nəqliyyatın hərəkatı artıq bərpa olunub.
Qeyd edək ki, bundan əvvəl polis etirazçılara müraciət edərək prospekti boşaltmağı tələb edib. Əks təqdirdə polis güc tətbiq edəcəyi barədə xəbərdarlıq edib.