[b]İrandan etiraz: "Beynəlxalq hüquq açıq şəkildə pozulub"[/b]
14 aprel 2018 10:59 (UTC +04:00)

[b]İrandan etiraz: "Beynəlxalq hüquq açıq şəkildə pozulub"[/b]

“ABŞ və müttəfiqlərinin Suriyaya qarşı təcavüzü beynəlxalq hüquq normalarının açıq pozuntusu və Suriyanın milli suverenliyinin, ərazi bütövlüyünün inkar olunması deməkdir”.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN-in açıqlamasında deyilir.   

 

XİN-dən bildirilib ki, ABŞ və müttəfiqləri Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının missiyasının apardığı araşdırmanın nəticələrini gözləmədən zərbə endiriblər: “Özlərini dünya hakimi sayan bu dövlətlər öz hərbi fəaliyyətlərinin nəticələrinə görə məsuliyyət daşıyırlar. Bu hücum bölgədə vəziyyətin daha da gərginləşməsinə, terrorçuluğun möhkəmlənməsinə səbəb olacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar