[b]İran “Sayad-3” raketlərinin istehsalına başladı[/b]
22 iyul 2017 23:21 (UTC +04:00)

[b]İran “Sayad-3” raketlərinin istehsalına başladı[/b]

0

 

 

İran “Sayad-3” havadan müdafiə raketlərinin istehsalını qurub. APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə,  istehsalın açılışı mərasimində ölkənin müdafiə naziri Hüseyn Dehqan iştirak edib.

 

Nazir çıxışında qeyd edib ki, “Sayad-3”  raketlərinin istehsalında  müasir dünya texnologiyaları nəzərə alınıb. “Bu raketlər təhlükə mənbəyi olan istənilən hədəfi – “görünməyən” qırıcılar, pilotsuz uçan aparatlar, qanadlı raketlər, helikopterlər və digər uçan vasitələri vurmağa qadirdir”,- deyə müdafiə naziri qeyd edib.   

 

Onun sözlərinə görə, “Sayad-3” raketlərinin vurma məsafəsi təqribən 120 km-ə yaxındır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar