“People” jurnalı Hollivud aktrisası Culiya Robertsi ilin ən gözəl qadını elan edib.
Lent.az-ın “kult.az”-a istinadən xəbərinə görə, aktrisa bununla 5-ci dəfə həmin titula layiq görülərək rekorda imza atıb.
Roberts ilk dəfə 1991-ci ildə 23 yaşı olarkən “Ən gözəl insanlar” jurnalının üz qabığında yer almışdı.
Hazırda 49 yaşı olan Hollivud ulduzu jurnalın bu seçiminə inana bilmədiyini açıqlayıb.