İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar.
APA-nın xəbərinə görə, bu barədə “Associated Press” məlumat verib.
İƏT-dən bildiriblər ki, quruma üzv 57 dövlət səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyi ölkə ilə əlaqələri tam kəsməli olacaq.
“Bu addım bütün ərəb ölkələri və müsəlman dünyasına qarşı açıq təcavüz kimi qiymətləndiriləcək”, təşkilatın yaydığı açıqlamada bildirilib.
Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat verəcəyi gözlənilir.