ABŞ-ın Leonardtaun şəhərində (Merilend ştatı) hərbi helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə “Fox News” telekanalı xəbər verib.
Göyərtəsində 3 nəfərin olduğu helikopter qolf meydançasına düşüb. Ekipaj üzvlərindən biri ölüb, digər 2 nəfər ağır yaralanıb .
Qəzanın səbəbləri barədə məlumat verilmir.