[b]Hakerlər Yaponiya Müdafiə nazirliyinin kompüter sistemini sındırdı[/b]
28 noyabr 2016 04:26 (UTC +04:00)

[b]Hakerlər Yaponiya Müdafiə nazirliyinin kompüter sistemini sındırdı[/b]

Naməlum hakerlər Yaponiya Müdafiə Nazirliyi və Özünümüdafiə Qüvvələrinin kompüter sistemini sındırıblar.

 

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, kiber-hücumun təsirini qiymətləndirən mütəxəssislər onun peşəkarlar tərəfindən həyata keçirildiyini, arxasında xarici ölkənin durduğunu ehtimal edirlər.

 

Hazırda Yaponiyanın güc strukturlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Hərbi qulluqçulara İnternetə daxil olmaq qadağan edilib.

 

Məlumata görə, son zamanlar Yaponiyanın dövlət və özəl qurumlarına qarşı kiber-hücumların sayı artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar