[b]Gürcüstandakı seçkilərin ilkin nəticələri açıqlandı[/b]
22 oktyabr 2017 05:50 (UTC +04:00)

[b]Gürcüstandakı seçkilərin ilkin nəticələri açıqlandı[/b]

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, paytaxt Tbilisidə 737 seçki məntəqəsinin 165-i üzrə səsvermənin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladze 51,4 faiz, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Zaal Udumaşvili 16,68 faiz, müstəqil namizəd Aleko Elisaşvili 16,6 faiz, müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Elene Xoştariya, 7,39 faiz, “Vətənpərvərlər Alyansı” Partiyasının namizədi İrma İnaşvili 3,27 faiz, Demokratik Hərəkat və Azad Gürcüstan partiyalarının namizədi Kaxa Kukava isə 1,26 faiz səs əldə edib.

 

Bu vaxta qədər MSK Tbilisi ilə yanaşı, Batumi, Kutaisi, Rustavi və Poti şəhərləri üzrə də səsvermənin ilkin nəticələrini elan edib. Nəticələrə əsasən, digər şəhərlərin mer vəzifələrinə də hakim partiyanın namizədləri səs çoxluğu qazanıb.

 

Proporsional seçkilər üzrə ilkin nəticələrə əsasən isə hakim partiya 57,3 faiz, Vahid Milli Hərəkat Partiyası 15,54 faiz, “Avropalı Gürcüstan” Partiyası isə 10,46 faiz səs əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar