Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvili ilə bağlı Polşa tərəfinə müraciət ünvanlayıb.
APA-nın yerli bürosunun məlumatına əsasən, müraciətə səbəb M. Saakaşvilinin Polşada olması ilə bağlı yayılmış məlumatlardır.
“Baş Prokurorluq Polşanın səlahiyyətli orqanlarına müraciət edib. Prokurorluq qanunla nəzərdə tutulmuş müvafiq prosedurlara başlayıb”, Baş Prokurorluqdan bildirilib.
Qeyd edək ki, yayılmış məlumatlara əsasən, Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti ABŞ-dan Polşaya uçub. M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib.