[b]Fransada seçkiöncəsi yekun debatda Makron qalib gəldi[/b]
04 may 2017 05:44 (UTC +04:00)

[b]Fransada seçkiöncəsi yekun debatda Makron qalib gəldi[/b]

0

Fransa prezidentliyinə namizəd, “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron yekun debatda rəqibi, “Milli Cəbhə” partiyasının təmsilçisi Marin Le Peni məğlub edib.

 

APA-nın xəbərinə görə,  BFMTV telekanalının sifarişi ilə “Elabe” araşdırma institutu tərəfindən keçirilmiş  sorğuya əsasən, televiziya debatını izləyən tamaşaçıların 63%-i E.Makronu, 34%-i isə M.Le Peni dəstəkləyib.

 

Sorğuda  1314 respondent iştirak edib. E.Makron 64%-lıq dəstəklə həmçinin “Figaro” qəzetinin keçirdiyi sorğuda rəqibindən üstün olub.

 

Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub. Səsvermənin nəticələrinə görə ikinci tura 24,01% səs toplayan E.Makron və 21,3% səs toplayan M.Le Pen adlaya bilib. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar