[b]Fransa hökuməti istefaya getdi[/b]
19 iyun 2017 22:21 (UTC +04:00)

[b]Fransa hökuməti istefaya getdi[/b]

0

Fransa hökuməti ötən gün keçirilmiş parlament seçkilərinin nəticələrinə görə istefaya gedib.

 

APA-nın məlumatına görə, bu barədə Yelisey sarayının yaydığı açıqlamada bildirilir.

 

Prezident Emmanuel Makron hökumətin istefasını qəbil edib. Fransada parlament seçkilərindən sonra hökumətin istefası qanunvericilikdə nəzərdə tutulmayan siyasi ənənədir.

 

Prezident Makronun “İrəli, Respublika” hərəkatının inamlı qələbəsini nəzərə alaraq yeni hökumətin yaxın günlərdə minimal yerdəyişmələrlə yenidən qurulması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar