<b>Ermənistan AES-i təmirə bağlanır</b>
01 iyun 2018 06:49 (UTC +04:00)

Ermənistan AES-i təmirə bağlanır

Ermənistandakı Metsamor AES-in reaktoru bu gündən etibarən təmirə bağlanacaq. APA-nın xəbərinə görə, bu barədə AES-in baş direktoru Movses Vardanyan deyib.  

 

Onun sözlərinə görə, iyunun 1-də reaktor və 3 saylı turboaqreqat dayandırılacaq.  

 

 Vardanyan bildirib ki, təmir çərçivəsində 3 saylı turbini yüksək və orta təzyiqli silindrlərin tam modernləşdirilməsi, 3 saylı generatorun, 3 saylı əsas transformatorun  əvəzlənməsi, yardımçı sistemlərə aid avadanlıqların dəyişdirilməsi və sair işlərin görülməsi nəzərdə tutulub.   

 

İşlər Rusiyanın “Atomenerqoremont” şirkətinə həvalə edib.  

 

Vardanyan əlavə edib ki, 2018-ci ilə planlaşdırılan işlər görüldükdən  sonra AES-in buraxılış gücünün 10 faizədək artacağını istisna etməyib.  

 

Ermənistan hökumətinin proqramı AES-in istismar müddətini 2026-cı ilədək uzatmağı nəzərdə tutur. Maliyyələşmə Rusiyanın 270 mln dollar məbləğində verdiyi dövlət ixrac krediti və 30 mln. dollar məbləğində ayırdığı qrantın hesabına həyata keçiriləcək.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315
avatar

Oxşar yazılar