ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər komitəsinin sədri, ermənipərəst mövqeyi ilə seçilən konqresmen Ed Roys seçkilərdə iştirak etməyəcəyini bəyan edib.
APA-nın xəbərinə görə, ilk dəfə 1992-ci ildə Konqresə seçilmiş Ed Roys çoxsaylı erməni icmasının yaşadığı Oranc dairəsini təmsil edib.
Konqresmen çalışdığı dövrdə daim separatçı Dağlıq Qarabağ rejiminə dəstək verib, ABŞ hökumətini uydurma “erməni soyqırımı”nı tanımağa çağırıb, ABŞ və Ermənistan arasında ticarət və investisiya əlaqələrinin genişləndirməsinin tərəfdarı olub.