Türkiyə Krımın Rusiyaya birləşdirilməsini tanımayıb və bundan sonrada tanımayacaq.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
“Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edir və Krımın Rusiyaya birləşdirilməsini tanımır”, deyə Ərdoğan qeyd edib.