[b]Ərdoğan İtanbuldakı partlayışların məqsədini açıqladı [/b]
11 dekabr 2016 03:35 (UTC +04:00)

[b]Ərdoğan İtanbuldakı partlayışların məqsədini açıqladı [/b]

0

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı terror aktlarının məqsədinin xeyli sayda insanın məhv edilməsinin olduğunu bildirib.

 

APA-nın xəbərinə görə, bunu Ərdoğan İstanbulda törədilən partlayışlarla əlaqədar bəyanatənda bildrib.

 

“Bu gecə biz növbəti dəfə terrorun alçaq üzünü gördük. Aydındır ki, “Beşiktaş”-“Bursaspor” matçından dərhal sonra törədilən terror aktının məqsədi  xeyli sayda insanı  məhv etmək olub. Təəssüflər olsun ki, ölən və yaralananlar var”, - deyə bəyanatda bildirilir.

 

Son məlumata görə, iki partlayış nəticəsində yaralananların sayı 70-ə çatıb.  “Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin, "Röyters" isə 13 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar bu xəbəri təsdiqləmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar