[b]Əks-kəşfiyyat terror aktı barədə xəbərdarlıq edibmiş [/b]
15 iyul 2016 06:12 (UTC +04:00)

[b]Əks-kəşfiyyat terror aktı barədə xəbərdarlıq edibmiş [/b]

Fransanın Daxili Təhlükəsizlik İdarəsinin rəisi Patrik Kalvar Nitsadakı hücumdan bir müddət əvvəl  nəqliyyat vasitələrinin istifadəsi ilə mümkün terror aktları barədə xəbərdarlıq etmişdir.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  “Le Figaro” nəşri məlumat yayıb.

 

Patrik Kalvar İŞİD terrorçularının hücum taktikasını dəyişəcəklərinə əmin olduğunu bildirmişdi: “Onlar minalanmış avtomobillərdən və partlayıcı qurğulardan istifadə edəcəklər”.  

 

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. 

 

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda istifadə olunan yük maşınında silah və qumbaralar aşkarlanıb.

 

Rəsmi qurumlar hadisəni terror aktı adlandırıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar