Çinin Şensi əyalətində ötən axşam 36 nəfərin ölümü, 13 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avtobusun iştirakı ilə qəza Pekin-Kunmin sürətli magistraldakı tuneldə baş verib.
Xəsarət alanlar xəstəxanalara çatdırılıblar. Qəzanın səbəbləri araşdırılır.
İlkin məlumata görə, Çendu-Loyan marşrutu ilə hərəkət edən avtobus tunelə daxil olduqdan sonra naməlum səbəbdən divara çırpılıb.