[b]Daha bir məhkəmədən Trampa zərbə[/b]
12 iyun 2017 21:43 (UTC +04:00)

[b]Daha bir məhkəmədən Trampa zərbə[/b]

0

Daha bir ABŞ  məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının əleyhinə qərar çıxarıb.

 

APA-nın xəbərinə görə, bu barədə “New York Times” məlumat verib.

 

Qərar San-Fransisko şəhərinin məhkəməsi tərəfindən çıxarılıb. Bundan əvvəl analoji qərarı Riçmond şəhər (Virciniya ştatı) məhkəməsi çıxarıb. Ağ Ev qərarları Ali Məhkəmənin mühakiməsinə çıxaracaq.

 

Martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı  fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti  İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub.

 

Martın 16-da ABŞ-ın Havay ştatı  məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən yeni fərmanının müvəqqəti təxirə salıb. Havay məhkəmə vasitəsilə Trampın fərmanını ləğv etməyə cəhd edən ilk ştat olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar