Çilidə 6,3 bal gücündə zəlzələ baş verib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Talka şəhərindən 116 km aralıda yerləşib.
Məlumata əsasən, zəlzələ paytaxt Santyaqo şəhərində hiss olunub.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.