[b]Britaniyada terror təhlükəsinin səviyyəsi yüksəldi[/b]
24 may 2017 04:31 (UTC +04:00)

[b]Britaniyada terror təhlükəsinin səviyyəsi yüksəldi[/b]

0

Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi “ciddi”dən “kritik”ə yüksəldilib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.    

 

“Mançesterdəki terror aktı ilə əlaqədar terror təhlükəsinin səviyyəsinin “ciddi”dən “kritik”ə yüksəldilməsinə dair qərar verilib... Bu o deməkdir ki, terror aktları nəinki mümkündür, hətta qaçılmazdır. Bu o deməkdir ki, bir çox əhəmiyyətli yerlərdə hərbçilər polisləri əvəzləyəcək”, - deyə Mey hökumət üzvlərinin və xüsusi xidmət qurumlarının əməkdaşlarının daxil olduğu KOBRA fövqəladə komitənin iclasından sonra bildirib.

 

Qeyd edək ki, Mançesterdə konsert zamanı kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar