[b]Braziliya prezidentinə qarşı korrupsiya ittihamı[/b]
27 iyun 2017 04:40 (UTC +04:00)

[b]Braziliya prezidentinə qarşı korrupsiya ittihamı[/b]

0

Braziliyanın baş prokuroru Rodriqu Jano prezident Mişel Temerə qarşı rəsmi korrupsiya ittihamı irəli sürüb

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, baş prokuror müvafiq sənədi Braziliya Konqresinin aşağı palatasına təqdim edib.

 

Qanunvericiliyə əsasən, Mişel Temerə qarşı cinayət işinin açılması üçün konqres üzvlərinin ikidə üçü təqdim edilən sənədi dəstəkləməlidir.  Bununla belə, ölkə prezidentinə yaxın koalisiya ittihamın rədd ediləcəyinə əmindir.

 

Qeyd edək ki, may ayından etibarən Braziliyada etirazçılar prezidentin istefasını tələb edir.Etirazlara səbəb Braziliyanın Ali məhkəməsinə göndərilən səs yazısı olub. Məlumata görə, səs yazısında prezident Temer parlamentin aşağı palatasının sabiq spikeri Eduardo Kunyaya rüşvət verməyi təklif edib. Eduardo Kunya vaxtilə sabiq prezident Dilma Russeffin impiçmentinin təşəbbüskarı olub. 

 

Xatırladaq ki, Braziliyanın sabiq prezidenti Dilma Rusef korrupsiya qalmaqalına görə istefaya gedib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar