Türkiyənin baş naziri Binali Yıldırım dekabrın 6-7-də Rusiyaya səfər edəcək.
APA-nın məlumatına görə, bu barədə baş nazirinin administrasiyasının saytında bildirilir.
Məlumata görə, Binali Yıldırım Moskva və Kazan şəhərlərinə səfəri planlaşdırılıb.
Bundan əvvəl Rusiya Nazirlər Kabinetinin mətbuat katibliyi dekabrın 6-da baş nazir Dmitriy Medvedev və Türkiyənin baş naziri Binali Yıldırım arasında görüşün keçiriləcəyini bildirib.