Yaponiyada yaşayış evində yanğın nəticəsində ana və 5 uşağı ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə İbaraki prefekturasının Hitati şəhərində qeydə alınıb.
Məlumata görə, 40 yaşlı kişi polisə təslim olaraq, yanğını törətdiyini etiraf edib.
Ölən uşaqların 5-11 yaşlarında olduğu bildirilir.
Hadisənin motivləri bəlli deyil.