Fransa baş naziri Bernar Kaznevin Parisdəki mənzili naməlum şəxslər tərəfindən qarət olunub. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, qarətçilər mənzildə olan xidməti sənədlərə toxunmayıblar.
Mənzildən hansı əşyaların oğurlanması barədə məlumat verilmir.
Cinayətkarların mənzilin kimə məxsus olması barədə məlumatsız olduğu bildirilir.