[b]Azərbaycanlı nazir 73 milyon dollar mənimsəməkdə şübhəli bilinir[/b]
03 mart 2017 12:37 (UTC +04:00)

[b]Azərbaycanlı nazir 73 milyon dollar mənimsəməkdə şübhəli bilinir[/b]

krayna Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

 

APA-nın “rt.com” saytına istinadən verdiyi məlumata, onun vəkili bildirib ki, hazırda R. Nəsirov xəstəxanaların birinin reanimasiya şöbəsindədir.

 

Həkimlər R. Nəsirovun infarkt keçirdiyini bildiriblər.

 

Qeyd edək ki, R. Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində “Külli miqdarda dövlət əmlakının talanması” maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək “Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.

 

Ali Rada A. Onişenkonun həbsinə razılıq versə də, qərar qəbul edilməzdən öncə deputat ölkədən qaçıb. A. Onişenko həmçinin dövlətə xəyanətdə şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

APA Baycan

Oxşar yazılar