[b]Azərbaycanlı gənc qubernator müavini oldu[/b]
23 may 2017 18:11 (UTC +04:00)

[b]Azərbaycanlı gənc qubernator müavini oldu[/b]

0
Azərbaycanlı gənc Zaur Darğallı Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadzenin müavini təyin olunub.
Lent.az-ın xeber.ge saytına istinadən məlumatına görə, Darğallı bu vəzifəyə təyin olunmamışdan öncə Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri olub.
Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. Z. Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub.
2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Reqional İnkişaf Aqentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar