[b]Avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb - YENİLƏNİB[/b]
06 oktyabr 2017 11:26 (UTC +04:00)

[b]Avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb - YENİLƏNİB[/b]

Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş vermiş qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. 
 
APA-nın “İnterfax” Agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən üçü uşaqdır. 
 
Qazaxıstandan gələn avtobusla Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarının toqquşması nəticəsində 15 nəfər xəsarət alıb. 

 

09:56

 

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. 
 
APA-nın “RBC.ru”-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Ölənlər arasında uşaqların da olduğu deyilir. 

 

***

 

08:16

 

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində azı 17 nəfər ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.

 

Qazaxıstandan gələn avtobusda 56 nəfərin olduğu bildirilir.  

 

Qəza yerli vaxtla saat 03.30-da (Bakı vaxtı ilə 04.30-da) baş verib.    

 

Məlumata görə, avtobusdakı sərnişinlər Özbəkistan vətəndaşları olub. 

 

****

 

06.44

 

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində 10 nəfər ölüb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avtobus dəmir yolu keçidini keçərkən sərnişin qatarı ilə toqquşub.  Ölənlərin sayının artacağı istisna olunmur.

 

Ölən və xəsarət alan şəxslərin sayı dəqiqləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar