[b]Avropada anomal istilər:[/b] 11 ölkədə temperatur 40-ı ötdü
04 avqust 2017 22:14 (UTC +04:00)

[b]Avropada anomal istilər:[/b] 11 ölkədə temperatur 40-ı ötdü

0

Avropanın 11 ölkəsində havanın temperaturu müsbət 40 dərəcəni ötüb, bəzi regionlarda havanın hərarəti 47 dərəcəyədək yüksəlib.

 

APA-nın xəbərinə görə, bu barədə “The Guardian” qəzeti yazıb.

 

Məlumata əsasən, meteoroloqlar yaxın günlərdə  isti havaların davam edəcəyini proqnozlaşdırır. Anomal istilər İtaliya, İsveçrə, Macarıstan, Polşa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya və Serbiyada gözlənilir.

 

Qeyd edək ki, Avropada son temperatur rekordu 1977-ci ildə qeydə alınıb. O zaman Yunanıstanın paytaxtı Afinada havanın hərarəti müsbət 48 dərəcə təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar