[b]Aralıq dənizində 16 miqrantın meyiti tapıldı[/b]
06 dekabr 2016 02:43 (UTC +04:00)

[b]Aralıq dənizində 16 miqrantın meyiti tapıldı[/b]

0

Son iki sutka ərzində Aralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 1000-dən çox miqrant xilas olunub.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.

 

Məlumata əsasən, 800 miqrant bazar günü, 230-u isə bazar ertəsi xilas edilib. Son iki sutka ərzində həmçinin dənizdə batan 16 miqrantın meyiti aşkarlanıb.

 

Dekabrın 1-ə olan məlumata əsasən, İlin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 174 min miqrant və qaçqın gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar