<b>Almaniyada kürdlərlə polis arasında toqquşmalar oldu: azı 15 yaralı</b> - YENİLƏNİB
05 noyabr 2017 05:54 (UTC +04:00)

Almaniyada kürdlərlə polis arasında toqquşmalar oldu: azı 15 yaralı - YENİLƏNİB

0

Almaniyanın Düsseldorf şəhərində etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında qarşıdurma nəticəsində azı 15 asayiş keşikçisi xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onlardan 3-nün vəziyyəti ağırdır.

 

 

**** 01.54

 

Almaniyanın Düsseldorf şəhərində etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında qarşıdurma olub, saxlanılanlar var.

 

APA-nın “Spiegel”ə istinadən verdiyi xəbərə görə, məhkəmənin bir gün əvvəl aksiyada PKK  lideri Abdulla Ocalanın şəklinin nümayiş etdirilməsinə qadağa qoymasına baxmayaraq, etirazçılar terrorçuların başçısının rəsminin əks olunduğu  bayraq və ya bannerlər qaldırıblar.     

 

Kürdlər aksiyanı dağıtmağa cəhd edən polis əməkdaşlarını daşqalaq edib. Asayiş keşikçiləri buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı bir neçə etirazçı saxlanılıb.     

 

Xatırladaq ki, kürdlər sentyabrın 16-da  Köln şəhərində icazəli  etiraz aksiyası keçiriblər. Almaniyanın Ankaradakı səfiri bununla əlaqədar Türkiyə XİN-ə çağırılmışdı.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar