<b>Aİ Rusiyaya qarşı sanksiyaları uzaddı </b>
14 dekabr 2017 23:58 (UTC +04:00)

Aİ Rusiyaya qarşı sanksiyaları uzaddı

Avropa İttifaqına üzv ölkələrin liderləri bu gün Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.

 

Qeyd edək ki, sanksiyaların müddəti 2018-ci yanvarın sonunadək idi.   

 

“Aİ yekdilliklə Rusiyaya qarşı sanksiyaların uzadılmasını dəstəkləyir”, - deyə D.Tusk “Twitter”  hesabında qeyd edib.

 

Məlumata görə, qərar Aİ Şurası tərəfindən gələn həftə təsdiqlənəcək. Ukraynadakı münaqişə fonunda 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən və daha sonra genişləndirilən sanksiyalar heç bir dəyişiklik edilmədən yarım il müddətinə uzadılacaq.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

Oxşar yazılar