Portuqaliyanın Madeyra adasında dini festival zamanı nəhəng ağacın zəvvarların üzərinə aşması nəticəsində 12 nəfər ölüb, 52 nəfər xəsarət alıb. APA-nın “Publico” nəşrinə istinadən verdiyi xəbərə görə, aşmış palıd ağacının 200 yaşı olduğu bildirilir.
Ölənlər arasında azyaşlı uşaq var. Xəsarət alan şəxslərin arasında çoxlu sayda ənəbilərin olduğu qeyd olunur.
Ölkə prezidenti Marselu de Souza təcili olaraq Madeyra adasına yollanıb.
Əyalətdə üçgünlük mayəm elan edilib. Qubernator hadisə ilə əlaqədar cinayət işinin başlanacağını istisna etməyib.