[b]ABŞ və Rusiya Təhlükəsizlik memorandumunu bərpa etdi[/b]
14 aprel 2017 05:57 (UTC +04:00)

[b]ABŞ və Rusiya Təhlükəsizlik memorandumunu bərpa etdi[/b]

ABŞ və Rusiya Suriyada hərbçilər arasında münaqişələrin qarşısının alınması mexanizmini  bərpa ediblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.  

 

“Onun nə dərəcədə dəyişdiyini deyə bilmərəm, lakin, mənim bildiyimə görə, o qüvvədədir”, - deyə məmur bildirib.   

 

Jurnalistlərdən biri Rusiyanın bir müddət əvvəl qeyd olunan mexanizmi dayandırdığını Mark Tonerə xatırladıb. “O artıq bərpa olunub”, - deyə Toner cavabında bildirib.    

 

Qeyd edək ki, ABŞ-ın aprelin 7-də Suriya aviabazasına raket zərbəsi endirməsindən sonra Moskva Vaşinqtonla imzaladığı Təhlükəsizlik memorandumunu dayandırmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341
avatar

Oxşar yazılar