[b]ABŞ Rusiyaya qarşı cavab tədbiri hazırlayır [/b]
11 avqust 2017 07:39 (UTC +04:00)

[b]ABŞ Rusiyaya qarşı cavab tədbiri hazırlayır [/b]

ABŞ hökuməti Rusiyadan ölkədəki baş konsulluqlarından birini bağlamağı tələb edə bilər, müvafiq qərar sentyabrın 1-dək elan edilə bilər. APA-nın xəbərinə görə, bu barədə “Kommersant” diplomatik mənbələrə istinadən məlumat yayıb.

 

Bu addımın Rusiyanın ABŞ-ın diplomatik missiyasının azaldılmasına cavab olaraq atılacağı bildirilir.

 

Nəşr qeyd edir ki, hazırda ABŞ-ın Rusiyanın üç şəhərində - Sankt Peterburq, Yekaterinburq və Vladivostokda baş konsulluğu fəaliyyət göstərir. Rusiyanın isə ABŞ-ın dörd şəhərində - Nyu York, San  Fransisko, Sietl və Hyustonda baş konsulluğu fəaliyyət göstərir.

 

Rusiyanın hansı baş konsulluğunun bağlanacağı barədə məlumat verilmir.  

 

Qeyd edək ki, bundan əvvəl Moskva ABŞ-ın Rusiyadakı diplomatik missiyanın əməkdaşlarının sayını 455 nəfərədək azaldılmasına dair göstəriş verib. Bundan başqa, ABŞ səfirliyinə Moskvadakı bağ evindən və anbarlardan istifadəsinə qadağa qoyulub. 

 

V.Putin ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərinin 755 əməkdaşının ixtisar ediləcəyini bildirib.  Bu addımlar Konqresin Rusiyaya qarşı sanksiyalar haqqında qanun qəbul etməsinə cavab olaraq atılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar