ABŞ Rusiya ərazisində qeyri-immiqrasiya vizalarının verilməsi prosedurunu qeyri-müəyyən müddətə dayandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi cəbərə entyabrın 1-dən etibarən bu prosedur yalnız Rusiyanın ABŞ-dakı səfirliyində yenidən bərpa olunacaq.
Vaşinqton bu addımlarını ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərində əməkdaşların sayının azaldılmasına cavab olaraq atıldığını bəyan edib.
Qeyd edək ki, Moskva bundan əvvəl ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərində əməkdaşların sayının 755 nəfərədək (yəni 455 nəfər ) azaldılmasına dair qərar verib.
ABŞ səfirliyində qeyd ediblər ki, yeni qaydalar Moskvanın tətbiq etdiyi məhdudiyyətlər qüvvədə qalanadək icra ediləcək. Səfirlikdə diplomatların və digər əməkdaşların Vaşinqtona dönməyə hazırlaşdıqlarını bildiriliblər.